Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
23
24
25
26
27
28
29
30
31
32
33
34
. . .
42
qeri
▼
-1
[font10]
+1
▲
ƏYYUB 29 [Azerbaycan]
Əyyub yenə misal çəkərək dedi:
«Kaş ki ötən aylar geri dönəydi – Allahın məni qoruduğu,
Çırağının başım üstə işıq saçdığı, Nuru ilə qaranlıqda gəzdiyim günlər.
Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi – Mənə yar olan Allahın çadırımı qoruduğu,
Külli-İxtiyarın hər vaxt mənimlə olduğu, Övladlarımın ətrafımda dolandığı,
Yollarımın südlə yuyulduğu, Yanımdakı qayadan zeytun yağı axdığı günlər.
Şəhər darvazasına gedərkən, Kürsümü meydanın başına qoyarkən
Gənclər məni görüb gizlənərdi, Yaşlılar ayağa qalxıb hörmət göstərərdi.
Başçılar söhbətini dayandırardı, Əlləri ilə ağızlarını tutardı.
Əsilzadələrin səsi çıxmazdı, Dilləri damaqlarına yapışardı.
Qulaq məni eşidəndə alqışlayardı, Göz məni görəndə tərifləyərdi.
Çünki imdad diləyən fəqiri, Köməksiz yetimi qurtarardım.
Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi, Dul qadının qəlbinə şən nəğmələr verərdim.
Libas kimi salehliyi geyinmişdim, Sanki ədalətim mənə cübbə və tac idi.
Korlara göz idim, Topallara ayaq idim,
Yoxsulların atası idim, Qəriblərin müşküllərinin qayğısına qalırdım,
Haqsızın çənəsini qırırdım, Ovunu dişlərindən qoparırdım.
Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm, Ömrümün günlərini qum qədər çoxaldacağam.
Köküm sulara tərəf rişələnəcək, Budaqlarıma şeh düşəcək.
Qazandığım şərəf təzələnəcək, Əlimə yeni ox-kaman gələcək”.
İnsanlar ehtiramla məni dinlərdi, Səssizcə məsləhətimi gözlərdi.
Heç kim sözümün üstündən söz deməzdi, Sözlərim üzərlərinə tökülərdi.
Məni yağış kimi gözləyirdilər, Yaz yağışı tək sözlərimi içirdilər,
Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar, Gülər üzümdən ruhlanardılar.
Onlara yol göstərərdim, başçı kimi əyləşərdim, Əsgərlərin arasında padşah kimi ömür sürərdim, Yaslılara təsəlli verənə bənzəyərdim.
irəli
1
. . .
23
24
25
26
27
28
29
30
31
32
33
34
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.