Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
24
25
26
27
28
29
30
31
32
33
34
35
. . .
42
qeri
▼
-1
[font11]
+1
▲
ƏYYUB 30 [Azerbaycan]
Amma indi yaşca məndən kiçiklər Mənə lağ edirlər. Vaxtı ilə atalarını heç bir işə layiq görməzdim, Sürümün itlərinin yanına belə, qoymazdım.
Çünki taqətdən düşmüşdülər, Biləklərinin gücü getmişdi, Heç biri işimə yaramırdı.
Onlar yoxsulluqdan, aclıqdan zəifləmişdi, Gecələr çöl-biyabanda bitki kökü gəmirirdi.
Kollardan duzlu bitkilər toplayırdılar, Süpürgə kollarının köklərini yeyirdilər.
Xalq arasından qovulurdular, Üstlərinə elə çığırırdılar ki, Elə bil ki oğrudurlar.
Vadi yataqlarında, yerin dəliklərində, Qaya ovuqlarında yaşayırdılar.
Kollar arasında bağırırdılar, Qara tikan kolu altında daldalanırdılar.
Axmaqların, adsız-sansız insanların övladlarıdır, Ölkədən qovulmuşdular.
İndisə dillərində dastan olmuşam, Ağızlarında məsəl olmuşam.
İkrah edərək məndən gen dayanırlar, Hətta üzümə tüpürməkdən çəkinmirlər.
Çünki Allah kamanımın ipini boşaltdı, Məni zəlil elədi. Ona görə onlar gözümün qabağındaca Cilovlarını çıxarıb atdılar.
Bu avara gənclər sağ tərəfimdən çıxır, Ayaqlarımı büdrədir, Mənə qarşı torpaq qalağı düzəldir.
Yolumu bərbad etdilər, Onlara dəstək verən olmasa da, Məni yox etməyə çalışırlar.
Sanki geniş dəliklərdən keçib Viranəlikdən üstümə yuvarlanırlar.
Dəhşətlər üstümə doldu, Şərəfimi yel tək sovurdu, Xoşbəxtliyim bulud kimi keçib getdi.
İndi canım taqətdən düşdü, Dar günlər məndən bərk yapışdı.
Gecələr sümüklərim sızıldayır, Canımı gəmirən ağrılar dayanmır.
Allah paltarı zorla əynimdən çıxarır, Məndən cübbəmin yaxası kimi yapışır.
Məni lilə batırır, Toza, külə dönmüşəm.
Sənə yalvarıram, cavab vermirsən, Ayağa qalxmağıma göz qoyursan.
Mənə qarşı rəhmsizsən, Güclü əllərinlə məni əzirsən.
Məni qaldırıb yel üstünə mindirirsən, Fırtına içinə salıb məni darmadağın edirsən.
Bilirəm, məni ölümə, Bütün ömür sürənlər üçün təyin olunan son mənzilə aparacaqsan.
Yıxılana əl qaldırmaq olmaz, Bəlaya düşənin harayına çatan yoxdur.
Məgər dara düşənlər üçün ağlamırdımmı? Yoxsulların halına yanmırdımmı?
Mən yaxşılıq gözlədim, yamanlıq gəldi, Mən işıq umarkən qaranlıq gəldi.
Ürəyim çırpınır, rahatlığı yoxdur, Ağır günlər qarşımı kəsdi.
Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm, Camaat arasında durub fəryad edirəm.
Çaqqallara qardaş oldum, Bayquşlara yoldaş oldum.
Qaralan dərim soyulur, Qızdırmadan sümüklərim yanır.
Liram yas tutub nalə çəkir, Tütəyim zar-zar inləyir.
irəli
1
. . .
24
25
26
27
28
29
30
31
32
33
34
35
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.