Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
25
26
27
28
29
30
31
32
33
34
35
36
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 31 [Azerbaycan]
Gözlərim üçün əhd etmişəm, Gözüm bir qıza baxarmı?
İnsan yuxarıdan – Allahdan nə pay alır? İnsana ucalardan – Külli-İxtiyardan nə irs qalır?
Məgər haqsızların başına fəlakət gəlmir? Məgər fitnəkarların başına bəla gəlmir?
Məgər O, yollarıma baxmır? Məgər O hər addımımı saymır?
Əgər yalançı olaraq gəzmişəmsə, Ayağım fırıldaq üçün qaçıbsa,
Qoy Allah məni haqq tərəzisində çəksin, Kamil olduğumu görsün.
Yolumda əyri addım atmışamsa, Gözlərimin ardınca qəlbimi sürükləmişəmsə, Əllərimi ləkələmişəmsə,
Əkdiyimi yadlar yesin, Qoy əkinim kökündən çıxarılsın.
Əgər qəlbim başqa bir qadına meyl edibsə, Qonşumun qapısını pusmuşamsa,
Qoy arvadım başqasının taxılını üyütsün, Qoy onunla başqa kişilər yatsın.
Axı bu bir xəcalət olardı, Məhkəməyə veriləsi bir günah sayılardı.
Çünki bu Həlak yerinədək yandırıb-yaxan bir alovdur. Bu bütün barımı kökündən çıxarardı.
Əgər mənimlə çəkişəndə Nökərlərimin və kənizlərimin Haqqını yemişəmsə,
Allah ayağa qalxanda Mən nə edə bilərəm? Məni yoxlayanda nə cavab verərəm?
Anamın bətnində məni yaradan Onu yaratmayıbmı? Bətndən bizə quruluş verən O olmayıbmı?
Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa, Dul qadının ümidini qırmışamsa,
Bir tikəmi özüm yeyib Yetimə verməmişəmsə,
Gəncliyimdən bəri yetimlərə atalıq etməmişəmsə, Doğulandan bəri dul qadına yol göstərməmişəmsə,
Paltarı olmadığı üçün canı ağrıyan, Ya örtüyə möhtac qalan yoxsulları görəndə
Qoyunlarımın yunu ilə onları isitməmişəmsə, Onlar da mənə ürəkdən alqış etməyiblərsə,
Məhkəmədə sözü keçən olduğum üçün Yetimə əl qaldırmışamsa,
Qollarım qırılıb çiyinlərimdən düşsün, Qoy qolum lüləsindən sınsın.
Çünki Allahın bəlasından qorxuram, Əzəməti qarşısında dayana bilmərəm.
Əgər qızıla ümid bağlamışamsa, Saf qızıla “ümidim sənsən” demişəmsə,
Əgər bol sərvətimə görə, Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə,
Əgər parlayan günəşə, İşıq saçaraq dövran edən aya baxıb,
Könlümün meylini gizlicə azdırıb, Sitayiş etmək üçün əlimlə onlara Öpüş yollamışamsa,
Bu da məni ittiham edən günah sayılardı, Çünki ucalarda olan Allahı danmış olardım.
Əgər düşmənlərimin bədbəxtliyinə sevinmişəmsə, Başına bəla gəldi deyə fərəhlənmişəmsə,
Kiminsə canına qarğış yağdıraraq Dilimə günah işlətməyə yol vermişəmsə,
Evimdəki insanlar “Əyyubun verdiyi ətlə Qarnını doyurmayan varmı?” deyə soruşmayıblarsa,
– Heç bir yadelli gecəni küçədə keçirməzdi, Qapım həmişə yoldan keçənlərin üzünə açıq idi –
Əgər təqsirimi gizlətmişəmsə, Adəm kimi üsyankarlığımı ört-basdır etmişəmsə,
Camaatdan qorxduğum üçün, El qınağından dəhşətə gəldiyim üçün Dinməzcə bayıra çıxmamışamsa…
Kaş məni bir eşidən olaydı! Bu sözümü təsdiq edirəm, Qoy Külli-İxtiyar mənə bir cavab versin! Əleyhdarım bunu tumara yazıb əlimə versin.
Şübhəsiz, bu tumarı çiynimdə gəzdirərdim, Başıma tac edərdim.
Onda atdığım hər addımı Allaha bildirərdim, Mən bir şahzadə kimi Onun yanına gedərdim.
Torpağım da məndən fəryad edirsə, Kotanın açdığı yarıqlar əlimdən bir ağızdan ağlayırsa,
Pulunu vermədən məhsulu yemişəmsə, Buranın sakinlərinin ürəyini qırmışamsa,
Qoy sahəmdə buğda yerinə tikan, Arpa yerinə alaq bitsin». Əyyubun söhbəti sona yetdi.
irəli
1
. . .
25
26
27
28
29
30
31
32
33
34
35
36
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.