Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
28
29
30
31
32
33
34
35
36
37
38
39
. . .
42
qeri
▼
-1
[font11]
+1
▲
ƏYYUB 34 [Azerbaycan]
Elihu söhbətini belə davam etdirdi:
«Ey hikmətlilər, sözlərimi dinləyin, Ey çoxbilənlər, məni eşidin.
Çünki damaq yeməyin dadını bildiyi kimi Qulaq da sözləri müəyyən edir.
Gəlin doğrunu seçək, Birlikdə yaxşını öyrənək.
Çünki Əyyub deyir: “Mən günahsızam, Allah isə əlimdən haqqımı aldı.
Haqlı olduğum halda yalançı sayılıram, Bir təqsirim yox ikən oxundan sağalmaz yara aldım”.
Əyyub kimi şəxsiyyət varmı? O, kinayəni su kimi içir.
Pislik edənlərlə yoldaşlıq edib gəzir, Pis adamlarla yol gedir.
Çünki “çalışıb Allahı razı salmaq İnsana xeyir gətirməz” deyir.
Buna görə, ey dərrakəli insanlar, məni dinləyin! Məgər Allah pislik edərmi? Məgər Külli-İxtiyar haqsızlıq edərmi?
Çünki O hər kəsə əməlinin əvəzini verir, Qazandığını başına gətirir.
Məgər Allah pislik edir? Məgər Külli-İxtiyar haqsızlıq edir?
Ona bütün dünyanı kim təslim etdi? Kim Onu yer üzərində təyin etdi?
Əgər qəsdinə durub Ruhunu, nəfəsini geri çəkərsə,
Bir anda bütün bəşər yox olar, İnsan torpağa qayıdar.
Əgər düşüncən varsa, bunları dinlə, Sözlərimi eşit.
Ədalətə nifrət edən səltənət sürə bilərmi? Adil və qüdrəti Olanımı məhkum edəcəksən?
Padşahlara “yaramazsınız”, Əsilzadələrə “şərsiniz” deyən,
Başçılar arasında tərəfkeşlik etməyən, Varlını yoxsuldan üstün saymayan O deyilmi? Çünki hamını Onun əlləri yaratdı,
Hamı bir an içində, bir gecə yarısı ölüb gedir, Xalq lərzəyə gəlib ölür. Güclülər belə, əl dəyməmiş aradan götürülür.
Allah gözlərini insanların yolundan çəkmir, Atdıqları hər addımı görür.
Şər iş görənlərin gizlənəcəyi Nə qaranlıq, nə də zülmət yeri var.
Hökm üçün hüzuruna gəlsinlər deyə Allah insana nəzarət etmək üçün ehtiyac duymur.
İstintaq etmədən güclü insanları qırır, Onların yerinə başqalarını qoyur.
Çünki onların işlərini bilir, Bir gecə onları alt-üst edir, onlar əzilir.
Hamının gözü önündə Pislikləri üzündən onlara cəza verir.
Çünki Onun ardınca getmədilər, Yollarının heç birinə fikir vermədilər.
Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi, O, fəqirlərin fəryadını eşitdi.
Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər? Üzünü gizlədərsə, kim Onu görə bilər? Hər millət, hər insan üçün O eynidir ki,
Allahsız insan hökmranlıq etməsin, Xalqa tələ qurmasın.
Allaha deyən olubmu: “Günahkaram, bir də pis iş görməyəcəyəm?
Görmədiyimi mənə göstər, Haqsızlıq etmişəmsə, bir də etmərəm”.
Onu atdığın halda sənə Kefin istəyən əvəz verməlidirmi? Qərar verən sənsən, mən deyiləm, İndi bildiyini mənə söylə.
Dərrakəli insanlar, Məni dinləyən müdrik adamlar deyəcək:
“Əyyub avam-avam danışır, Sözlərinin mənası yoxdur”.
Bir şər adam kimi cavab verdiyi üçün Qoy Əyyub axıradək sınaqda olsun!
Çünki günahına üsyankarlıq da artırır, Qarşımızda elə bil rişxənd edərək əl çalır, Allaha qarşı danışdıqca danışır».
irəli
1
. . .
28
29
30
31
32
33
34
35
36
37
38
39
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.