Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
30
31
32
33
34
35
36
37
38
39
40
41
. . .
42
qeri
▼
-1
[font9]
+1
▲
ƏYYUB 36 [Azerbaycan]
Elihu sözünü belə davam etdirdi:
«Bir az səbir elə, sənə izah edəcəyəm, Çünki Allah barədə deyiləcək çox sözüm var.
Geniş məlumat toplayacağam, Yaradanıma haqq verəcəyəm.
Dediyimin heç biri, şübhəsiz, yalan deyil, Qarşında dayanan kamil bilicidir.
Allah güclüdür, kimsəyə xor baxmaz, Güclüdür, dərin şüura malikdir.
Pis adamları yaşatmaz, Fəqirlərin haqqını verər.
Salehdən gözünü çəkməz, Onu padşahlarla birgə taxtda oturdar, Əbədilik ucaldar.
Amma əgər insanlar zəncirlənib Təzyiq altında saxlanarsa,
Onlara əməllərini, günahlarını göstərər, Təkəbbürlü rəftar etdiklərini bildirər.
Öyüdlərini eşitdirər, Pislikdən dönmələrini əmr edər.
Əgər Ona qulaq asıb qulluq edərlərsə, Qalan günlərini bolluq içində yaşarlar, Qalan illərini əmin-amanlıqda yaşarlar.
Qulaq asmazlarsa, qılıncdan keçirilərlər, Cəhalət içində canları çıxar.
Allahsızlar ürəklərində kin saxlayırlar, Allah onları qandallayanda belə, Onu çağırmırlar.
Vaxtsız ölüb gedərlər, Şərəfsiz ömür sürərlər.
Amma Allah əzabkeşləri əzablarından xilas edər, Dara düşəndə onlara səsini eşitdirər.
Bəli, O səni çətinlikdən Darısqal olmayan geniş yerə, Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar.
Amma şərin hökmü vücuduna dolar, Haqq-ədalət isə yaxandan tutar.
Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın, Rüşvətin böyüklüyünü görüb azmayasan.
Səni dardan qurtarmağa, Varının, yoxsa qüdrətinin gücü çatarmı?
Xalqların öz yerlərindən Yox edildiyi gecənin həsrətini çəkmə.
Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən, Çünki zəlil olmaqdan çox bunu seçmisən.
Budur, Allah əzəməti ilə ucalır, Onun kimi müəllim haradadır?
Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər? Kim Ona “haqsızsan” deyə bilər?
Onun işlərini yada sal, İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən.
Bütün insanlar bunu görür, Hamı bu işləri uzaqdan seyr edir.
Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik, İllərinin sayını araşdıran yoxdur.
Su damcılarını yuxarı qaldırır, Buxarlandırır, yağış yağdırır.
Bu yağışlar buludlardan tökülür, İnsanların üstünə bol yağışlar səpilir.
Buludların necə yayılmasını, Göylərin çadırında guruldamasını Kim dərk edə bilər?
Baxın, ətrafında şimşəkləri çaxdırır, Dənizin dərinliklərini doldurur.
Allah xalqlara rəhbərlik edir, Onları bol ərzaqla təmin edir.
Şimşəyi əlləri ilə tutur, Hədəfə vurmasını buyurur.
Gurultusu qasırğadan xəbər verir, Qasırğanın qopacağını öküzlərə belə, bildirir.
irəli
1
. . .
30
31
32
33
34
35
36
37
38
39
40
41
. . .
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.