Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
34
35
36
37
38
39
40
41
42
qeri
▼
-1
[font12]
+1
▲
ƏYYUB 40 [Azerbaycan]
Rəbb Əyyuba belə dedi:
«Kim ki tənbehə layiq görülür, O, Külli-İxtiyarla mübahisə edə bilərmi? Qoy buna Allahı ittiham edən cavab versin».
Onda Əyyub Rəbbə belə cavab verdi:
«Mənim gərəksizliyimə bax, Sənə necə cavab verim, Ağzımı əlimlə tutmuşam.
Bir dəfə danışdım, daha cavabım yoxdur, Artıq ikinci dəfə nə danışım».
Rəbb qasırğanın içindən Əyyuba cavab verdi:
«İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver.
Sənmi ədalətimi boşa çıxaracaqsan? Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?
Allahın qolu kimi qolun varmı? Səsin Onunku kimi gurlayarmı?
Əgər belədirsə, şərəfə, şana bürün, Ehtişamı, əzəməti geyin.
Qoy qəzəbinin alovu saçsın, Hər qürurluya baxıb onları alçalt.
Qürurluların hamısına baxıb aşağı endir, Pisləri yerindəcə təpiyinin altına sal.
Hamısını birlikdə torpaq altında basdır, Məzarda üzləri kəfənə bürünsün.
O zaman Mən də bunu qəbul edərəm, Belə ki sağ qolun səni qurtarır.
Behemota bax, öküz kimi ot yeyir, Səni yaratdığım kimi onu da Mən yaratmışam,
Gör belində nə qədər güc var, Qarın əzələləri necə möhkəmdir.
Sallanan quyruğu sidr ağacına bənzəyir, Budlarındakı vətərlər bir-birinə hörülüb.
Sümükləri sanki tunc borudur, Qabırğaları elə bil dəmir çubuqdur.
Allahın işləri arasında şah əsərdir, Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir.
Təpələr məhsullarını ona verir, Bütün çöl heyvanları yanında oynaşır.
Nilufərlərin altında, Qamışla örtülü bataqlıqlarda yatır.
Nilufərlər üstünə kölgə salır, Dərənin söyüdləri onu əhatəyə alır.
Coşğun çaylardan qorxmur, Sellər boğazına çatsa da, arxayındır.
Gözləri açıq ikən kim onu tuta bilər? Kim qıra ilə onun burnunu deşər?
irəli
1
. . .
34
35
36
37
38
39
40
41
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.