Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
35
36
37
38
39
40
41
42
qeri
▼
-1
[font8]
+1
▲
ƏYYUB 41 [Azerbaycan]
Məgər sən Livyatanı qarmaqla çəkə bilərsənmi? Dilinə qaytan vura bilərsənmi?
Burnuna ip taxa bilərsənmi? Qıra ilə çənəsini deşə bilərsənmi?
Sənə yalvarıb-yaxararmı, Səninlə şirin-şirin danışarmı?
Əbədi qulun olmaq üçün Səninlə əhd kəsərmi?
Quşla oynadığın kimi onunla oynaya bilərsənmi? Boynuna ip bağlayıb onu qızların üçün apara bilərsənmi?
Məgər tacirlər onu alıb-satarlarmı? Aralarında bölə bilərlərmi?
Yabalarla dərisini, Balıqçı neştərləri ilə başını doldura bilərsənmi?
Əlini onun üstünə qoy, nə cəncələ düşəcəyini təsəvvür et, Onda bu işi bir daha görməzsən.
Onu tutmaq ümidin boş istəkdir. Onun görkəmi adamı yıxmırmı?
Onu oyatmaq üçün heç kimdə cəsarət yoxdur. Bəs Mənim qarşımda kim dayana bilər?
Kim Mənə bir şey verib ki, ona geri qaytarım? Bax göylər altında hər şey Mənimdir.
Sözümü kəsməyib onun əzalarından, Möhkəm gücündən və gözəl görünüşündən deyəcəyəm.
Üstündəki paltarı kim çıxara bilər? Qoşa cilovla kim ona yaxınlaşa bilər?
Ağzının qapılarını kim aça bilər? Çünki damağındakı dişlər dəhşətlidir.
Kürəyi nizamla düzülmüş qalxanlara oxşayır, Onlar bir-birinə möhkəm bağlanıb,
Bir-birlərinə elə bağlanıb ki, Arasından hava keçməz.
Bir-birlərinə elə yapışıb ki, Birdir, ayrılmaz.
Asqıranda od sıçrayır, Gözləri səhər işığı tək par-par yanır.
Ağzından alovlu məşəllər çıxır, Qığılcımlar saçılır.
Burnunun deşiklərindən tüstü çıxır, Elə bil qazan qaynayır, qamış yanır.
Nəfəsindən kömürlər közərir, Ağzından alov çıxır.
Boynunda qüvvət yaşayır, Qabağında dəhşət oynayır.
Ətinin qatları bir-birinə bitişib, Oradan tərpənə bilməz, üstünə bərk yapışıb.
Ürəyi daş kimi möhkəmdir, Dəyirmanın alt daşı kimi bərkdir.
Qalxanda güclülər lərzəyə gəlir, Qorxub ürəkləri gedir.
Üstünə qılınc çəkməyin faydasızdır, Nizə, tir, mizraqdan kar aşmır.
Dəmiri saman çöpü, Tuncu çürük odun sayır.
O, oxlardan qaçmır, Sapanddan daş atsan, elə bilər ki, çöpdür.
Dəyənəkləri küləş qırıntısı sanır, Mizraqın vıyıltısına gülür.
Qarnının altı sərt saxsıya oxşayır, Palçıq üstə vəl kimi iz qoyur.
Dərin suları bir qazan kimi qaynadır, Dənizi ətir küpünə döndərir,
Arxasınca parlaq bir iz buraxır, İnsan bu dərinliyi ağaran saça oxşadır.
Yer üzündə misli-bərabəri yoxdur, Qorxu bilməyən məxluqdur.
Hər lovğalanana xor baxır, Bütün məğrur heyvanların hakimidir».
irəli
1
. . .
35
36
37
38
39
40
41
42
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.