- Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb!
- Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». Sela
- Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən!
- Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela
- Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.
|
- O LORD, how many are my foes! How many rise up against me!
- Many are saying of me, "God will not deliver him." Selah
- But you are a shield around me, O LORD; you bestow glory on me and lift up my head.
- To the LORD I cry aloud, and he answers me from his holy hill. Selah
- I lie down and sleep; I wake again, because the LORD sustains me.
|