Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 150   qeri  
  -1   [font8]   +1  
ZƏBUR 4 [Azerbaycan]   
 
  1. Səni çağıranda mənə cavab ver, Ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar, Mənə lütf edib duama qulaq as!
  2. Ey insan övladları, nə vaxtadək Şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib Yalan axtaracaqsınız? Sela
  3. Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; Nə vaxt Rəbbi çağırsam, məni eşidir.
  4. Qorxub-titrəyin, günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. Sela
  5. Salehlik qurbanları kəsin, Rəbbə güvənin.
 
 
  1. Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
  2. Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox Mənim qəlbimə sevinc verdin.
  3. Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!
 
   
  irəli  1  2  3  4  5  6  7  8  9  10  11  12  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.