Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
150
qeri
▼
-1
[font8]
+1
▲
ZƏBUR 7 [Azerbaycan]
Ey Rəbb Allahım, Sənə sığınmışam, Məni bütün təqibçilərimdən qurtar, Məni xilas et.
Yoxsa aslan kimi məni parçalayarlar, Xilas edən olmasa, məni didib-dağıdarlar.
Ya Rəbb Allahım, əgər günah etmişəmsə, Əllərimdən haqsızlıq gəlibsə,
Əgər dostuma xəyanət etmişəmsə, Düşmənimi nahaqdan qarət etmişəmsə,
Qoy məni düşmən qovub tutsun, Bədənimi təpik altına salsın, Şərəfimi yerə vursun. Sela
Qəzəblə qalx, ya Rəbb, Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl! Mənə görə oyan, Hökmünü bəyan et!
Ümmətlər icması Sənin ətrafına yığılsın, Sən onların başı üzərində ucal, hökmünü ver.
Rəbb xalqlar üzərində hakimlik edir; Məni mühakimə et, ya Rəbb, Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
Pislərin pisliyi sona yetsin, Salehlərsə möhkəmlənsin! Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
Allah mənim sipərimdir, Ürəyidüz olanları xilas edir.
Allah adil hakimdir, Hər gün haqsızlığa görə hökm verir.
Pislər yolundan dönməzsə, O, qılıncını itilər, Ox-kamanını qurar,
Onlara qarşı ölüm silahları hazırlayar, Yandırıcı oxları ilə nişan alar.
Pislər hiyləyə hamilə olar, Şər üçün ağrı çəkər, yalan doğar.
Onlar başqasına quyu qazar, dərinləşdirər, Qazdıqları quyuya özləri düşər.
Yamanlıqları öz üstlərinə dönər, Zorakılıqları başlarına düşər.
Rəbbə ədalətinə görə şükür edəcəyəm, Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!
irəli
1
2
3
4
5
6
7
8
9
10
11
12
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.