|
- Rəbbə pənah gətirmişəm. Könlümə necə deyə bilərsiniz ki, Quş kimi dağlara uç?
- Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar.
- Əgər hər şey təməlindən dağılarsa, Salehlər nə edə bilər?
- Rəbb Öz müqəddəs məbədindədir, Onun taxtı göylərdədir. Rəbbin görən gözləri var, gözünü açar, Bəşər övladlarına diqqətlə baxar.
- Rəbb saleh adamı sınaqdan keçirir, Pisə, zülmkarasa nifrət edir.
|
|