|
- Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, Bəşər övladları arasında vəfalılar qurtarıb.
- Hər kəs başqasına yalan söyləyir, Ağzı yalan danışır, ikiüzlülük edir.
- Qoy Rəbb yalan danışan hər ağzı yumsun, Hər lovğa dili kəssin!
- Onlar deyir ki, biz dilimizlə zəfər çalacağıq. Bu ağız bizdədirsə, kim bizə ağalıq edə bilər?
- Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm».
|
|