Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 11  12  13  14  15  16  17  18  19  20  21  22  . . . 150   qeri  
  -1   [font11]   +1  
ZƏBUR 17 [Azerbaycan:NASB]   
 
  1. Ya Rəbb, haqq sözümü dinlə, fəryadımı eşit, Yalansız dilimdən çıxan duama qulaq as.
  2. Gözlərinlə həqiqəti görürsən, Mənə haqq qazandır.
  3. Gecə ikən qəlbimi yoxlayıb-araşdırdın, Məni sınaqdan keçirtdin, Heç nə tapmadın. Niyyətim budur ki, ağzım öz həddini aşmasın.
  4. Sənin sözünə görə zalımların tutduğu yoldan, Bu insanların əməlindən özümü qorumuşam.
  5. Sənin yolundan möhkəm tutmuşam, Sarsılmadan addımlamışam.
  1. Hear a just cause, O LORD, give heed to my cry; Give ear to my prayer, which is not from deceitful lips.
  2. Let my judgment come forth from Your presence; Let Your eyes look with equity.
  3. You have tried my heart; You have visited me by night; You have tested me and You find nothing; I have purposed that my mouth will not transgress.
  4. As for the deeds of men, by the word of Your lips I have kept from the paths of the violent.
  5. My steps have held fast to Your paths My feet have not slipped.
 
 
  1. Səni çağırıram, ey Allah, mənə cavab verirsən, Qulağını mənə tərəf çevir, sözlərimi dinlə.
  2. Məhəbbətinlə Sənə sığınanlara xariqələrini göstər, Sağ əlinlə onları düşmənlərdən qurtar.
  3. Məni göz bəbəyin kimi qoru, Qanadlarının kölgəsində saxla
  4. Məni dara salan şər insanlardan, Ətrafımı bürüyən, canıma düşmən olanlardan.
  5. Onların ürəkləri qapalıdır, harınlayıblar, Ağızlarından lovğa-lovğa sözlər çıxarırlar.
  1. I have called upon You, for You will answer me, O God; Incline Your ear to me, hear my speech.
  2. Wondrously show Your lovingkindness, O Savior of those who take refuge at Your right hand From those who rise up against them.
  3. Keep me as the apple of the eye; Hide me in the shadow of Your wings
  4. From the wicked who despoil me, My deadly enemies who surround me.
  5. They have closed their unfeeling heart, With their mouth they speak proudly.
 
 
  1. İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar.
  2. Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir.
  3. Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar.
  4. Ya Rəbb, məni belə insanlardan, Nəsibi bu həyatda olanlardan Öz əlinlə xilas et! Qarınlarını xəzinənlə doldurursan, Onlar övladlarını doydurur, Nəvə-nəticələrinə də miras qoyur.
  5. Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.
  1. They have now surrounded us in our steps; They set their eyes to cast us down to the ground.
  2. He is like a lion that is eager to tear, And as a young lion lurking in hiding places.
  3. Arise, O LORD, confront him, bring him low; Deliver my soul from the wicked with Your sword,
  4. From men with Your hand, O LORD, From men of the world, whose portion is in this life, And whose belly You fill with Your treasure; They are satisfied with children, And leave their abundance to their babes.
  5. As for me, I shall behold Your face in righteousness; I will be satisfied with Your likeness when I awake.
 
   
  irəli  1  . . . 11  12  13  14  15  16  17  18  19  20  21  22  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.