|
- İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar.
- Onlar parçalamağa həris bir aslan kimidir, Pusquda duran cavan bir şir kimidir.
- Ya Rəbb, qalx, Onların önündə dayan, Onları yerlə yeksan et. Qılıncınla bu pis insanlardan canımı qurtar.
- Ya Rəbb, məni belə insanlardan, Nəsibi bu həyatda olanlardan Öz əlinlə xilas et! Qarınlarını xəzinənlə doldurursan, Onlar övladlarını doydurur, Nəvə-nəticələrinə də miras qoyur.
- Amma mən salehliklə üzünə baxacağam, Oyananda Səni görməklə doyacağam.
|
|