Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 14  15  16  17  18  19  20  21  22  23  24  25  . . . 150   qeri  
  -1   [font8]   +1  
ZƏBUR 20 [Azerbaycan]   
 
  1. Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin!
  2. Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun!
  3. Bütün təqdimlərindən razı qalsın, Yandırma qurbanların qəbul olunsun! Sela
  4. O səni ürəyinin istəyinə çatdırsın, Hər bir niyyətini yerinə yetirsin!
  5. Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın!
 
 
  1. İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər, Müqəddəs səmasından ona cavab göndərər, Sağ əlinin qüdrəti onu qalib edər.
  2. Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.
  3. Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq.
  4. Ya Rəbb, Sən padşaha zəfər ver, Səni çağırarkən bizə cavab ver.
 
   
  irəli  1  . . . 14  15  16  17  18  19  20  21  22  23  24  25  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.