| |
- Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən.
- Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır.
- Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq.
- Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan.
- Övladlarını yer üzündən, Gələcək nəsillərini insanlar arasından yox edəcəksən.
|
|