Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 17  18  19  20  21  22  23  24  25  26  27  28  . . . 150   qeri  
  -1   [font11]   +1  
ZƏBUR 23 [Azerbaycan]   
 
  1. Rəbb mənim çobanımdır, möhtac olmaram.
  2. O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.
  3. Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır.
  4. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
  5. Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan.
 
 
  1. Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!
 
   
  irəli  1  . . . 17  18  19  20  21  22  23  24  25  26  27  28  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.