|
- Rəbb mənim çobanımdır, möhtac olmaram.
- O məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.
- Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır.
- Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
- Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan.
|
|