Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 18  19  20  21  22  23  24  25  26  27  28  29  . . . 150   qeri  
  -1   [font10]   +1  
ZƏBUR 24 [Azerbaycan]   
 
  1. Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar.
  2. O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı.
  3. Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər?
  4. – Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan.
  5. O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq.
 
 
  1. Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. Sela
  2. Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!
  3. Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb.
  4. Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!
  5. Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah! Sela
 
   
  irəli  1  . . . 18  19  20  21  22  23  24  25  26  27  28  29  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.