Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 19  20  21  22  23  24  25  26  27  28  29  30  . . . 150   qeri  
  -1   [font9]   +1  
ZƏBUR 25 [Azerbaycan:NIV]   
 
  1. Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm,
  2. Ey Allahım, yalnız Sənə güvənirəm! Məni xəcalətdə qoyma, Qoy düşmənlərim mənə qalib gələrək sevinməsinlər.
  3. Sənə ümid bağlayanlar heç zaman utanmasınlar, Haqsız xəyanətkarlarsa rüsvay olsunlar.
  4. Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
  5. Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, Daim Səni gözləyirəm.
  1. To you, O LORD, I lift up my soul;
  2. in you I trust, O my God. Do not let me be put to shame, nor let my enemies triumph over me.
  3. No one whose hope is in you will ever be put to shame, but they will be put to shame who are treacherous without excuse.
  4. Show me your ways, O LORD, teach me your paths;
  5. guide me in your truth and teach me, for you are God my Savior, and my hope is in you all day long.
 
 
  1. Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal.
  2. Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal!
  3. Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir,
  4. İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
  5. Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
  1. Remember, O LORD, your great mercy and love, for they are from of old.
  2. Remember not the sins of my youth and my rebellious ways; according to your love remember me, for you are good, O LORD.
  3. Good and upright is the LORD; therefore he instructs sinners in his ways.
  4. He guides the humble in what is right and teaches them his way.
  5. All the ways of the LORD are loving and faithful for those who keep the demands of his covenant.
 
 
  1. Ya Rəbb, ismin naminə məni bağışla, Təqsirim böyükdür.
  2. Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
  3. O bəxtəvər yaşayacaq, Ölkə onun nəslinə irs olaraq qalacaq.
  4. Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər.
  5. Həmişə gözüm Rəbdədir, Çünki O, ayaqlarımı tələdən xilas edir.
  1. For the sake of your name, O LORD, forgive my iniquity, though it is great.
  2. Who, then, is the man that fears the LORD ? He will instruct him in the way chosen for him.
  3. He will spend his days in prosperity, and his descendants will inherit the land.
  4. The LORD confides in those who fear him; he makes his covenant known to them.
  5. My eyes are ever on the LORD, for only he will release my feet from the snare.
 
 
  1. Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki tənhayam, zülm içindəyəm.
  2. Qəlbimdəki qubar artıb, Məni dərdlərdən qurtar.
  3. Əzab-əziyyətimə bax, Bütün günahlarımı bağışla.
  4. Düşmənlərimə bax, gör nə qədər çoxalıb, Amansız nifrətlərinə hədəfəm.
  5. Canımı qoru, məni qurtar, Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum!
  1. Turn to me and be gracious to me, for I am lonely and afflicted.
  2. The troubles of my heart have multiplied; free me from my anguish.
  3. Look upon my affliction and my distress and take away all my sins.
  4. See how my enemies have increased and how fiercely they hate me!
  5. Guard my life and rescue me; let me not be put to shame, for I take refuge in you.
 
 
  1. Qoy kamalla düzlük məni hifz etsin, Çünki Səni gözləyirəm.
  2. Ey Allah, İsraili Bütün çətinliklərindən qurtar.
  1. May integrity and uprightness protect me, because my hope is in you.
  2. Redeem Israel, O God, from all their troubles!
 
   
  irəli  1  . . . 19  20  21  22  23  24  25  26  27  28  29  30  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.