Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
19
20
21
22
23
24
25
26
27
28
29
30
. . .
150
qeri
▼
-1
[font10]
+1
▲
ZƏBUR 25 [Azerbaycan]
Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm,
Ey Allahım, yalnız Sənə güvənirəm! Məni xəcalətdə qoyma, Qoy düşmənlərim mənə qalib gələrək sevinməsinlər.
Sənə ümid bağlayanlar heç zaman utanmasınlar, Haqsız xəyanətkarlarsa rüsvay olsunlar.
Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, Daim Səni gözləyirəm.
Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal.
Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal!
Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir,
İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
Ya Rəbb, ismin naminə məni bağışla, Təqsirim böyükdür.
Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
O bəxtəvər yaşayacaq, Ölkə onun nəslinə irs olaraq qalacaq.
Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər.
Həmişə gözüm Rəbdədir, Çünki O, ayaqlarımı tələdən xilas edir.
Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki tənhayam, zülm içindəyəm.
Qəlbimdəki qubar artıb, Məni dərdlərdən qurtar.
Əzab-əziyyətimə bax, Bütün günahlarımı bağışla.
Düşmənlərimə bax, gör nə qədər çoxalıb, Amansız nifrətlərinə hədəfəm.
Canımı qoru, məni qurtar, Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum!
Qoy kamalla düzlük məni hifz etsin, Çünki Səni gözləyirəm.
Ey Allah, İsraili Bütün çətinliklərindən qurtar.
irəli
1
. . .
19
20
21
22
23
24
25
26
27
28
29
30
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.