- Vindicate me, O LORD, for I have led a blameless life; I have trusted in the LORD without wavering.
- Test me, O LORD, and try me, examine my heart and my mind;
- for your love is ever before me, and I walk continually in your truth.
- I do not sit with deceitful men, nor do I consort with hypocrites;
- I abhor the assembly of evildoers and refuse to sit with the wicked.
|
- Məni haqlı çıxar, ya Rəbb, Çünki mən kamalla gəzmişəm, Sarsılmadan Rəbbimə güvənmişəm.
- Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et.
- Məhəbbətin gözümün önündə durur, Sənin sədaqətinlə gəzirəm.
- Yalançı insanlarla oturmuram, İkiüzlülərlə yoldaşlıq etmirəm,
- Yaramazların məclisinə nifrət edirəm, Pislərlə oturmuram.
|