Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 21  22  23  24  25  26  27  28  29  30  31  32  . . . 150   qeri  
  -1   [font9]   +1  
Psalms 27 [NASB:Azerbaycan]   
 
  1. The LORD is my light and my salvation; Whom shall I fear? The LORD is the defense of my life; Whom shall I dread?
  2. When evildoers came upon me to devour my flesh, My adversaries and my enemies, they stumbled and fell.
  3. Though a host encamp against me, My heart will not fear; Though war arise against me, In spite of this I shall be confident.
  4. One thing I have asked from the LORD, that I shall seek: That I may dwell in the house of the LORD all the days of my life, To behold the beauty of the LORD And to meditate in His temple.
  5. For in the day of trouble He will conceal me in His tabernacle; In the secret place of His tent He will hide me; He will lift me up on a rock.
  1. Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
  2. Ətimi yemək üçün hücum edən şər adamlar – Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.
  3. Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz, Mənimlə döyüşsələr də, arxayınam.
  4. Rəbdən bir arzum, bir istəyim var: Bütün ömrüm boyu Rəbbin evində yaşayım, Məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim.
  5. Dar gündə məni çardağında gizlər, Çadırının örtüyü ilə örtər, Qaya başındakı yüksək yerə gətirər.
 
 
  1. And now my head will be lifted up above my enemies around me, And I will offer in His tent sacrifices with shouts of joy; I will sing, yes, I will sing praises to the LORD.
  2. Hear, O LORD, when I cry with my voice, And be gracious to me and answer me.
  3. When You said, "Seek My face," my heart said to You, "Your face, O LORD, I shall seek."
  4. Do not hide Your face from me, Do not turn Your servant away in anger; You have been my help; Do not abandon me nor forsake me, O God of my salvation!
  5. For my father and my mother have forsaken me, But the LORD will take me up.
  1. İndi ətrafımdakı düşmənlərimin üzərində Qələbələr çalacağam, Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm, Onu ilahilərlə tərənnüm edəcəyəm.
  2. Ya Rəbb, dinlə, Səni çağırıram, Lütf edib mənə cavab ver.
  3. Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram.
  4. Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım!
  5. Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər.
 
 
  1. Teach me Your way, O LORD, And lead me in a level path Because of my foes.
  2. Do not deliver me over to the desire of my adversaries, For false witnesses have risen against me, And such as breathe out violence.
  3. I would have despaired unless I had believed that I would see the goodness of the LORD In the land of the living.
  4. Wait for the LORD; Be strong and let your heart take courage; Yes, wait for the LORD.
  1. Ya Rəbb, yolunu mənə öyrət, Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.
  2. Məni düşmənlərin əlinə salma, Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.
  3. Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, Buna şübhəm yoxdur.
  4. Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!
 
   
  irəli  1  . . . 21  22  23  24  25  26  27  28  29  30  31  32  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.