|
- Ya Rəbb, Səni səsləyirəm, Ey Qayam, qulağını tıxama. Əgər cavab verməsən, Qəbirə düşənlərə bənzəyərəm.
- Səni yardıma çağırarkən, Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən, Yalvarış səsimi eşit.
- Pislərlə, şər iş görənlərlə birgə Məni dartıb aparma. Onlar qonşuları ilə dost kimi danışır, Lakin qəlblərində şər dolaşır.
- Əməllərinə, pis işlərinə görə Onların əvəzini ver, Əllərindən gələn bu işlər nəyə layiqdirsə, Onlar üçün ödə.
- Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə, Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə Rəbb onları yerə vuracaq, Bir daha qaldırmayacaq.
|
|