| |
- Ya Rəbb, Sənə pənah gətirirəm! Heç vaxt məni xəcalətdə qoyma, Ədalətinlə məni xilas et!
- Qulağını mənə tərəf çevir, Məni tez azad et! Bir qaya ol, qoy sığınım, Möhkəm bir qala ol, qoy qurtulum.
- Çünki qayam da Sən, qalam da Sənsən! Öz ismin naminə mənə yol göstərib rəhbərlik et.
- Məni qarşımda qurulan gizli tordan hifz et, Çünki Sən mənim sığınacağımsan!
- Ruhumu Sənin əlinə verirəm, Ya Rəbb, sadiq Allah, Sən məni azad et.
|
|