Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 27  28  29  30  31  32  33  34  35  36  37  38  . . . 150   qeri  
  -1   [font12]   +1  
ZƏBUR 33 [Azerbaycan:Russian]   
 
  1. Ey salehlər, Rəbbi mədh edin, Ürəyidüz olanlara həmd söyləmək yaraşır.
  2. Lira çalın, Rəbbə şükür edin, On telli çənglə Onu tərənnüm edin,
  3. Ona yeni bir nəğmə oxuyun, Sevinc nidaları ilə çalın.
  4. Çünki Rəbbin sözü haqdır, Hər işini sədaqətlə aparır.
  5. Rəbb salehliyi və ədaləti sevir, Yer üzü Onun məhəbbəti ilə dolur.
  1. (32-1) Радуйтесь, праведные, о Господе: правым прилично славословить.
  2. (32-2) Славьте Господа на гуслях, пойте Ему на десятиструнной псалтири;
  3. (32-3) пойте Ему новую песнь; пойте Ему стройно, с восклицанием,
  4. (32-4) ибо слово Господне право и все дела Его верны.
  5. (32-5) Он любит правду и суд; милости Господней полна земля.
 
 
  1. Göylər Rəbbin sözü ilə, Səma cisimləri Onun hökmü ilə yarandı.
  2. Dənizin sularını bir yerə yığdı, Dərin suları anbarlarda saxladı.
  3. Qoy bütün dünya Rəbdən qorxsun, Bütün yer üzünün əhalisi Onu şərəfləndirsin.
  4. Çünki nə söylədi, mövcud oldu, Nə əmr etdi, quruldu.
  5. Rəbb millətlərin məsləhətini puç edər, Xalqların məqsədini heç edər.
  1. (32-6) Словом Господа сотворены небеса, и духом уст Его--все воинство их:
  2. (32-7) Он собрал, будто груды, морские воды, положил бездны в хранилищах.
  3. (32-8) Да боится Господа вся земля; да трепещут пред Ним все живущие во вселенной,
  4. (32-9) ибо Он сказал, --и сделалось; Он повелел, --и явилось.
  5. (32-10) Господь разрушает советы язычников, уничтожает замыслы народов.
 
 
  1. Lakin Rəbbin məsləhəti əbədi olar, Ürəyinin məqsədi nəsillər ötsə də, qalar.
  2. Nə bəxtiyardır o millət ki Allahı Rəbdir, O xalq ki Rəbb onu irs olaraq seçmişdir.
  3. Rəbb göylərdən baxır, Bütün bəşər övladlarını görür,
  4. Taxtında oturduğu yerdən Bütün dünya əhalisini görür.
  5. Odur hər bir insanın ürəyini yaradan, Əməllərini anlayan.
  1. (32-11) Совет же Господень стоит вовек; помышления сердца Его--в род и род.
  2. (32-12) Блажен народ, у которого Господь есть Бог, --племя, которое Он избрал в наследие Себе.
  3. (32-13) С небес призирает Господь, видит всех сынов человеческих;
  4. (32-14) с престола, на котором восседает, Он призирает на всех, живущих на земле:
  5. (32-15) Он создал сердца всех их и вникает во все дела их.
 
 
  1. Qoşunun çoxluğu ilə heç bir padşah qurtulmaz, Qolunun gücü ilə heç bir cəngavər zəfər çalmaz.
  2. Qələbə üçün at boş şeydir, Qüvvətinin çoxluğu ilə bir kimsə xilas olmaz.
  3. Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar.
  4. İstəyir ki, onları ölümdən qurtarsın, Qıtlıqda belə, onlar sağ qalsın.
  5. Könlümüz Rəbbin yolunu gözlər, Odur köməyimiz və sipərimiz.
  1. (32-16) Не спасется царь множеством воинства; исполина не защитит великая сила.
  2. (32-17) Ненадежен конь для спасения, не избавит великою силою своею.
  3. (32-18) Вот, око Господне над боящимися Его и уповающими на милость Его,
  4. (32-19) что Он душу их спасет от смерти и во время голода пропитает их.
  5. (32-20) Душа наша уповает на Господа: Он--помощь наша и защита наша;
 
 
  1. Bizim qəlbimiz Onda sevinc tapır, Müqəddəs isminə arxalanmışıq.
  2. Ya Rəbb, ümidimizi Sənə bağlamışıq, Məhəbbətin üzərimizdən tükənməsin.
  1. (32-21) о Нем веселится сердце наше, ибо на святое имя Его мы уповали.
  2. (32-22) Да будет милость Твоя, Господи, над нами, как мы уповаем на Тебя.
 
   
  irəli  1  . . . 27  28  29  30  31  32  33  34  35  36  37  38  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.