Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
29
30
31
32
33
34
35
36
37
38
39
40
. . .
150
qeri
▼
-1
[font11]
+1
▲
ZƏBUR 35 [Azerbaycan]
Ya Rəbb, mənimlə çəkişənlərlə Sən çəkiş. Mənimlə döyüşənlərlə Sən döyüş.
Qalxan və sipərini əlinə al, Qalx, mənim imdadıma çat.
Nizəni tutub ardımca düşənlərin yolunu kəs, Qəlbimə söylə: «Səni qurtaran Mənəm».
Canımın qəsdinə duranlar Qoy utanıb rüsvay olsunlar, Mənə qarşı pis niyyəti olanlar Geri qovulub biabır olsunlar.
Saman çöpü tək olsunlar, onları yel sovursun, Rəbbin mələyi onları silib atsın.
Qoy yolları zülmət, sürüşkən olsun, Qoy Rəbbin mələyi onları qovsun.
Çünki nahaq yerə mənə tələ qurdular, Nahaqdan canım üçün quyu qazdılar.
Qoy başlarına qəfil fəlakət gəlsin, Qurduqları tələyə özləri düşsün, Hazırladıqları bəlaya düçar olsunlar.
Onda canım Rəblə şad olacaq, Məni qurtardığı üçün qəlbim fərəh tapacaq.
Bütün varlığımla belə deyəcəyəm: «Ya Rəbb, Sənin kimisi varmı? Məzlumu ondan güclünün əlindən, Məzlumu və fəqiri istismarçının əlindən azad edirsən».
Amansız şahidlər qalxırlar, Yalandan üzümə dururlar.
Yaxşılığımın əvəzində onlardan yamanlıq görürəm, Əzizi ölən bir adama bənzəyirəm.
Vaxtı ilə onlar xəstələnərkən Çul geyib, oruc tutub canıma zülm edirdim, Başımı aşağı salıb dua edirdim.
Onları özümə dost və qardaş bilirdim. Anası üçün yas tutan adam tək Bükülüb hüznlə gəzirdim.
Lakin mən büdrəyərkən Bir yerə toplaşıb sevindilər. Tanımadığım əclaflar mənə qarşı toplaşdılar. Dayanmadan məni didirdilər,
Şikəstləri təhqir edən allahsızlar kimi Mənə dişlərini qıcayırdılar.
Ey Xudavənd, nə vaxta qədər buna baxacaqsan? Canımı məhv edilməkdən, Həyatımı bu gənc aslanlardan qurtar.
Çoxlu camaat arasında Sənə şükür edəcəyəm, Çoxsaylı xalq arasında Sənə həmd edəcəyəm.
Qoyma haqsız düşmənlərim mənə görə sevinsin, Mənə nahaqdan nifrət edənlər bir-birinə göz vursun.
Çünki onlar sülh üçün danışmırlar, Sözləri ilə ölkənin dinc sakinlərinə fənd qururlar.
Ağızlarını üstümə iri açıb belə deyirlər: «Aha! Aha! Bax, öz gözümüzlə gördük».
Ya Rəbb, bunu gördün, indi susma, Ey Xudavənd, məndən uzaq durma.
Ey Xudavənd Allahım, oyan, qalx, Bu mübarizəmdən qoy mən haqlı çıxım.
Ədalətinə görə mənə bəraət qazandır, Ya Rəbb Allahım, qoyma mənə görə sevinsinlər.
Qoyma düşünsünlər: «Aha! Muradımıza çatmışıq!» Qoyma söyləsinlər: «Onun başını yemişik!»
Pis günümə şadlananlar Qoy utanıb biabır olsunlar, Qarşımda qürrələnənlər Xəcalətə, rüsvayçılığa bürünsünlər.
Mənim haqlı çıxmağımı istəyənlər Sevinib Səni mədh etsinlər. Daim belə söyləsinlər: «Öz qulunun əmin-amanlığını istəyən Rəbb ucalsın!»
Dilim Sənin salehliyindən deyəcək, Daim Sənə həmd edəcəyəm!
irəli
1
. . .
29
30
31
32
33
34
35
36
37
38
39
40
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.