Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
31
32
33
34
35
36
37
38
39
40
41
42
. . .
150
qeri
▼
-1
[font9]
+1
▲
ZƏBUR 37 [Azerbaycan]
Pislik edənlərə görə narahat olma, Fitnəkarlıq edənlərə qibtə etmə.
Tezliklə onlar ot kimi quruyacaq, Yaşıl çəmən kimi tez solacaq.
Rəbbə güvən, yaxşılıq et, Bu diyarda arxayın ömür sür.
Rəbdən zövq al, O da səni ürəyinin istəklərinə çatdıracaq.
Yolunu Rəbbə ver, Ona güvən, O edəcək.
Rəbb sənin salehliyini nur kimi aydınlaşdıracaq, Həqiqətini gündüz günəşi tək çıxaracaq.
Rəbbin hüzurunda sükut et, Onu səbirlə gözlə. Yolunda uğur qazanan Hiyləgər insan üçün narahat olma.
Qəzəbi at, hiddətdən çəkin, Narahat olma, bunlar insanı şərə salar.
Çünki şər adamlar kəsilib atılacaq, Rəbbə ümid bağlayanlar ölkəni mülk olaraq alacaq.
Bir az gözlə, pis yox olacaq, Yerini axtarsan belə, tapılmayacaq.
Həlimlər yer üzünü mülk olaraq alacaq, Əmin-amanlığın bolluğundan zövq tapacaq.
Şər adam salehin qəsdinə durur, Ona qarşı dişlərini qıcayır.
Amma Xudavənd şər adama gülür, Onun dövranının az olmasını bilir.
Məzlumu, fəqiri yerə vurmaq üçün, Düz yolda olanı boğazlamaq üçün Pislər qılınc çəkər, ox-kamanını qurar.
Lakin onların qılıncları öz ürəklərinə saplanacaq, Ox-kamanları parça-parça olacaq.
Salehin az malı Pislərin bütün sərvətlərindən yaxşıdır.
Çünki pislərin qol-qanadı qırılacaq, Rəbb isə salehlərin dayağıdır.
Rəbbə kamillərin gündəlik qayğıları məlumdur, Onların irsi əbədi qalacaq.
Dar gündə utanmayacaqlar, Qıtlıqda tox yaşayacaqlar.
Lakin pislər həlak olacaq, Rəbbin düşmənləri çəmənin təravəti kimi solacaq, Tüstü kimi çəkilərək yox olacaq.
Pis adam borc alır, qaytarmır, Salehlər səxavətlə paylayır.
Rəbdən bərəkət alan ölkəni mülk olaraq alacaq, Lənət etdiyi kəslər kəsilib atılacaq.
Rəbb insana gedəcəyi yolu göstərir, Kimdən razı qalırsa, onu möhkəmləndirir.
Bu insan büdrəsə də, yıxılmaz, Çünki Rəbb onun əlindən tutar.
Gəncliyimdən qocalığımadək Salehin tərk edildiyini, Nəslinin çörək üçün diləndiyini görməmişəm.
O hər zaman səxavətlə borc verər, Övladlarına xeyir-dua gələr.
Şərdən çəkinib yaxşılıq et ki, Ölkədə əbədi məskən sala biləsən.
Çünki Rəbb ədaləti sevir, Heç zaman möminlərini tərk etmir. Salehlər daim müdafiə olunacaq, Pislər nəsilliklə kəsilib atılacaq.
Salehlər ölkəni mülk olaraq alacaq, Onlar orada əbədi məskən salacaq.
Salehin ağzından hikmət çıxar, Dili haqq söz danışar.
Çünki Allahın qanunu ürəyindədir, Ayaqları büdrəmir.
Pis adam salehi güdür, Onu öldürmək üçün fürsət axtarır.
Rəbb salehi pisin əlinə düşməyə qoymaz, Ona ittiham oxunanda məhkum olmaz.
Rəbbi gözlə, Onun yolunu tut, O sənə ölkəni mülk olaraq verəcək, səni yüksəldəcək. Pislərin kəsilib atılacağı zamanı görəcəksən.
Münbit torpaqda yaşıl ağac tək bitən, Kök salan zalım, pis adamı görmüşdüm.
O keçib-getdi, yeri boş qaldı, Onu axtararkən tapa bilmədim.
Kamil adama bax, əməlisaleh insana nəzər yetir, Gələcək sülhsevən adama bəxş ediləcək.
Amma bütün üsyankarlar birlikdə yox olacaq, Pislərin kökü kəsiləcək.
Salehlərin qurtuluşu Rəbdəndir, Dar gündə onlara pənah yeridir.
Rəbb onların imdadına çatır, Onları qurtarıb pislərin əlindən alır, Çünki onlar Rəbbə pənah aparır.
irəli
1
. . .
31
32
33
34
35
36
37
38
39
40
41
42
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.