|
- Dedim: «Hər addımıma diqqət edəcəyəm, Dilimlə günah etməkdən çəkinəcəyəm. Pis adam qarşımda durarkən Dilimi yüyənləyib dinməyəcəyəm».
- Dilimi saxlayıb susdum, Yaxşılığa belə, danışmadım. Dərdlərim ağırlaşdı,
- Köksümdəki qəlbimə köz doldu. Dərin düşünəndə yanıb-yaxıldım, Dilimlə belə dedim:
- «Ya Rəbb, mənə bildir, Aqibətim necə olacaq? Ömrümün günləri nə qədər qalıb? Qoy nə qədər fani olduğumu anlayım!
- Budur, günlərim ovcuna sığdı, Ömrüm qarşında heç oldu. Bəli, insan sadəcə bir nəfəsdir. Sela
|
|