|
- Maral axar sulara həsrət qalan kimi, Ey Allah, könlüm Sənin həsrətini çəkir!
- Ey var olan Allah, mənim qəlbim Sənin üçün susayıb. Ay Allah, nə vaxt gəlib hüzurunda görünüm?
- Göz yaşlarım gecə-gündüz qidam olub, Daim mənə deyirlər: «Bəs hanı Allahın?»
- Bunları yadıma salarkən ürəyim üzülür, Necə də yüksəkdən sevinc, şükür nidalarını söyləyərək Bayram edən xalqın qarşısında gedərdim, Onları Allahın evinə aparardım.
- Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.
|
|