|
- Ey Allah, öz qulağımızla eşitmişik ki, Ata-babalarımızdan bizə çatıb ki, Onların dövründə, qədim zamanda Sən hansı işləri görmüsən.
- Öz əlinlə millətləri torpaqlarından götürdün, Atalarımızı orada yerləşdirdin. Xalqlara bəla verdin, Atalarımızın soyunu şaxələndirdin.
- Onlar qılıncları ilə deyil, Sənin sağ əlinlə torpaqlara sahib oldular. Öz qolları deyil, Sənin sağ qolun onlara zəfər qazandırdı. Onlara üzündən nur verdin, Çünki Sən onları sevirdin.
- Ey mənim Allahım, Sənsən Padşahım, Əmr et, Yaqub nəsli qələbə çalsın.
- Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
|
|