Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 39  40  41  42  43  44  45  46  47  48  49  50  . . . 150   qeri  
  -1   [font8]   +1  
Psalms 45 [NIV:Azerbaycan]   
 
  1. My heart is stirred by a noble theme as I recite my verses for the king; my tongue is the pen of a skillful writer.
  2. You are the most excellent of men and your lips have been anointed with grace, since God has blessed you forever.
  3. Gird your sword upon your side, O mighty one; clothe yourself with splendor and majesty.
  4. In your majesty ride forth victoriously in behalf of truth, humility and righteousness; let your right hand display awesome deeds.
  5. Let your sharp arrows pierce the hearts of the king's enemies; let the nations fall beneath your feet.
  1. Qəlbim yaxşı sözlərlə çağlayır, Qoy şeirlərimi padşahıma söyləyim, Dilim mahir bir xəttatın qələminə oxşayır.
  2. Bəşər övladlarının ən gözəli sənsən, Dodaqlarından lətafətli sözlər tökülür, Çünki Allah səni əbədilik xeyir-dualı edib.
  3. Ey cəngavər, qılıncını belinə bağla, Əzəmətini, ehtişamını göstər.
  4. Həqiqət, itaətkarlıq və salehlik naminə Döyüş arabasına qalx, Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin.
  5. Nə itidir oxların, Padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır.
 
 
  1. Your throne, O God, will last for ever and ever; a scepter of justice will be the scepter of your kingdom.
  2. You love righteousness and hate wickedness; therefore God, your God, has set you above your companions by anointing you with the oil of joy.
  3. All your robes are fragrant with myrrh and aloes and cassia; from palaces adorned with ivory the music of the strings makes you glad.
  4. Daughters of kings are among your honored women; at your right hand is the royal bride in gold of Ophir.
  5. Listen, O daughter, consider and give ear: Forget your people and your father's house.
  1. Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır, Sənin şahlıq əsan insaf əsasıdır.
  2. Salehliyi sevib pisliyə nifrət edirsən. Ona görə Allah, sənin Allahın Sevinc yağı ilə Yoldaşlarından çox səni məsh edib.
  3. Bütün paltarlarından Mirra, əzvay və Çin darçınının ətri gəlir. Fil dişindən olan saraylarından Səni şənləndirən simli alətlərin sədası gəlir.
  4. Şərəfə çatdırdığın qadınlar arasında Şahzadə xanımlar da var. Mələkə olacaq qız sağ qoluna girib, Ofir qızıllarına bürünüb.
  5. Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as, Öz xalqını, ata evini unut.
 
 
  1. The king is enthralled by your beauty; honor him, for he is your lord.
  2. The Daughter of Tyre will come with a gift, men of wealth will seek your favor.
  3. All glorious is the princess within her chamber ; her gown is interwoven with gold.
  4. In embroidered garments she is led to the king; her virgin companions follow her and are brought to you.
  5. They are led in with joy and gladness; they enter the palace of the king.
  1. Sənin gözəlliyin padşahı məftun etsin. O sənin ağandır, ona itaət et.
  2. Sur xalqı yanına hədiyyələr gətirəcək, Xalqın varlıları səndən lütf istəyəcək.
  3. Bu şah qızı sarayına cah-calalla gətirilir, Paltarları qızıl tikmələrə bürünmüş.
  4. Padşahın yanına əlvan libasda gətirilir, Rəfiqələri sağdışı-soldışıdır.
  5. Onlar sevinclə, şadlıqla gətirilir, Padşahın sarayına girirlər.
 
 
  1. Your sons will take the place of your fathers; you will make them princes throughout the land.
  2. I will perpetuate your memory through all generations; therefore the nations will praise you for ever and ever.
  1. Ey padşah, ata-baban kimi oğulların olacaq, Onlara bütün yer üzünün hakimiyyətini verəcəksən.
  2. Adını nəsillərdən-nəsillərə çatdıracağam, Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq!
 
   
  irəli  1  . . . 39  40  41  42  43  44  45  46  47  48  49  50  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.