Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
44
45
46
47
48
49
50
51
52
53
54
55
. . .
150
qeri
▼
-1
[font9]
+1
▲
ZƏBUR 50 [Azerbaycan]
Güclü Rəbb Allah çağırır, Gündoğandan günbatanadək Bütün yer üzünü səsləyir.
Qüsursuz, gözəl Siondan Allah Öz nurunu saçır.
Allahımız gəlir, sakit dayanmaz, Önündə yandırıb-yaxan alov var, Ətrafında şiddətli tufan qopar.
O, xalqını mühakimə etmək üçün Yuxarıdakı göyü və yeri şahid çağırır:
«Hüzuruma möminlərimi, Qurban verib Mənimlə əhd bağlayanları yığın!»
Göylər ədalətini bəyan edir, Çünki hakim Allahın Özüdür. Sela
«Danışıram, dinlə Məni, ey xalqım! Ey İsrail, əleyhinə şəhadət edirəm. Allaham, sənin Allahın Mənəm.
Qurbanlarından ötrü səni tənbeh etmirəm, Yandırma qurbanlarını həmişə görürəm.
Tövləndəki buğanı, ağılındakı təkəni Səndən qəbul etmirəm.
Çünki Mənimdir bütün meşələrdə olan heyvanlar, Minlərlə dağda otlayan mal-qaralar.
Dağlardakı bütün quşları tanıyıram, Bütün çöl heyvanları əlimin altındadır.
Acsam, sənə demərəm, Çünki dünyaya, dünyadakı hər şeyə sahibəm!
Məgər Mən buğa əti yeyirəm? Məgər Mən təkə qanı içirəm?
Şükür qurbanını Allaha təqdim et, Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver.
Dar gündə Məni çağır, Mən səni xilas edəcəyəm, Sən də Məni şərəfləndirəcəksən».
Pislərəsə Allah deyir: «Qaydalarımı əzbər söyləməyə haqqınız varmı? Əhdimi dilə gətirməyə haqqınız varmı?
Mənim iradıma nifrət edirsən, Sözlərimi qulaq ardına vurursan.
Bir oğru görəndə ona qoşulursan, Zinakarlara yoldaş olursan.
Ağzını şər üçün açırsan, Dilini fırıldaq üçün işə salırsan.
Oturub qardaşından gileylənirsən, Ananın oğlundan qeybət edirsən.
Sən belə edəndə Mən dinməmişəm. Məgər Məni özün kimi sanırsan? İndi isə səni tənbeh edəcəyəm, Əməllərini gözünün önünə düzəcəyəm.
Ey Allahı unudanlar, Buna diqqət edin! Yoxsa sizi parça-parça edərəm, Heç birinizi xilas edən olmaz.
Kim ki şükür qurbanı təqdim edir, Məni şərəfləndirir. Doğru yol tutan şəxsə Allahın xilasını göstərəcəyəm».
irəli
1
. . .
44
45
46
47
48
49
50
51
52
53
54
55
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.