|
- Ey Allahım, məni düşmənlərimdən qurtar, Əleyhdarlarımın əlindən hifz et.
- Məni şər iş görənlərdən xilas et, Məni qaniçənlərdən azad et.
- Canımı almaq üçün məni güdürlər, Güclülər əleyhimə birləşiblər. Ya Rəbb, üsyankar, günahkar,
- Təqsirkar olmadığım halda Onlar mənə qarşı qəti tədbir görürlər. Bir oyan, halımı gör, yardım et,
- Ya Rəbb, Ordular Rəbbi, İsrailin Allahı! Bütün millətlərə cəza vermək üçün oyan, Xəyanətkar pislərin heç birinə rəhm etmə. Sela
|
|