- Allah Öz müqəddəs məskənindən belə söylədi: «Şekemi sevinclə bölüşdürəcəyəm, Sukkot dərəsini böləcəyəm.
- Gilead torpağı Mənimdir, Menaşşe torpağı da Mənimdir, Efrayim başımın dəbilqəsidir, Yəhuda Mənim əsamdır.
- Moav yuyunmaq üçün ləyənimdir, Çarığımı ataraq Edomu tutacağam, Zəfər harayını Filiştə salacağam».
- Kim məni istehkamlı şəhərə apara bilər? Kim mənə Edoma qədər yol göstərər?
- Ay Allah, Sən niyə bizi atmısan? Ay Allah, qoşunlarımızla niyə yürüşə çıxmırsan?
|
- God hath spoken in his holiness; I will rejoice, I will divide Shechem, and mete out the valley of Succoth.
- Gilead is mine, and Manasseh is mine; Ephraim also is the strength of mine head; Judah is my lawgiver;
- Moab is my washpot; over Edom will I cast out my shoe: Philistia, triumph thou because of me.
- Who will bring me into the strong city? who will lead me into Edom?
- Wilt not thou, O God, which hadst cast us off? and thou, O God, which didst not go out with our armies?
|