|
- Ey Allah, Sən bizi atmısan, Müdafiə qüvvələrimizi dağıtmısan. Bizə qəzəblənmisən, Bizi əvvəlki halımıza qaytar.
- Yeri lərzəyə salmısan, Torpağını dağıtmısan. Yarıqlarını yenə bitişdir, Çünki yer sarsılıb.
- Öz xalqını çətinliyə salmısan, Şərab içirərək bizi səndələtmisən.
- Səndən qorxanlara isə bayraq vermisən, Qoy onu həqiqət naminə qaldırsınlar. Sela
- Sevdiyin insanların xilas olması üçün Sağ əlinlə bizi qurtar, mənə cavab ver!
|
|