Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 55  56  57  58  59  60  61  62  63  64  65  66  . . . 150   qeri  
  -1   [font9]   +1  
ZƏBUR 61 [Azerbaycan]   
 
  1. Ey Allah, fəryadımı eşit, Duamı dinlə.
  2. Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.
  3. Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən.
  4. Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. Sela
  5. Sən, ey Allah, etdiyim əhdi eşitdin, Adından qorxanlara təyin etdiyin payı mənə verdin.
 
 
  1. Sən ömür ver, qoy padşahın yaşasın, İlləri nəsillərdən-nəsillərə qədər uzansın.
  2. Allahın hüzurunda daim taxtda otursun, Məhəbbət və sədaqət ver, onu qorusun.
  3. Mənsə adını həmişə tərənnüm edəcəyəm, Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!
 
   
  irəli  1  . . . 55  56  57  58  59  60  61  62  63  64  65  66  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.