|
- Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram.
- Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır.
- Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! Sela
- Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir.
- Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın.
|
|