|
- Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm.
- Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm.
- Mənim dilim Səni tərənnüm edir, Məhəbbətin bu həyatdan gözəldir.
- Bütün ömrüm boyu Sənə alqış edəcəyəm, Əllərimi qaldırıb adınla Səni səsləyəcəyəm.
- Sanki yağlı yeməklə canım tox olacaq, Dilim Səni mədh edəcək, ağzım həmd oxuyacaq.
|
|