|
- Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru.
- Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru.
- Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
- Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar.
- Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər.
|
|