Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 58  59  60  61  62  63  64  65  66  67  68  69  . . . 150   qeri  
  -1   [font8]   +1  
ZƏBUR 64 [Azerbaycan]   
 
  1. Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru.
  2. Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru.
  3. Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
  4. Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar.
  5. Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər.
 
 
  1. Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz.
  2. Lakin Allah onlara ox atacaq, Onlar qəflətən yaralanacaq.
  3. Öz dilləri özlərini yıxacaq, Onları görənlər başını bulayıb xor baxacaq.
  4. Bütün insanlar qorxacaq, Allahın əməllərini bəyan edəcək, Onun işləri barədə düşünəcək.
  5. Saleh insan Rəbbə görə sevinəcək, Ona pənah gətirəcək. Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!
 
 
 
   
  irəli  1  . . . 58  59  60  61  62  63  64  65  66  67  68  69  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.