|
- Ey Allah, Səni Sionda həmdlər gözləyir, Sənə edilən əhd yerinə yetiriləcək.
- Ey duaları eşidən, Bütün bəşər hüzuruna gələcək.
- Mən günaha batmışdım, Lakin Sən üsyankarlığımızı kəffarə edirsən.
- Nə bəxtiyardır evinin həyətlərində yaşayan, Seçib Özünə yaxın etdiyin insan! Biz Sənin evinin, müqəddəs məbədinin Nemətləri ilə doyacağıq!
- Sən ey qurtuluşumuzun Allahı, Zəhmli işlərinlə ədalətini göstərirsən, Bizə cavab verirsən. Sən yer üzünün bütün ucqarlarının, Ən uzaq dənizlərin belə, ümidisən.
|
|