|
- Ey Allah, məni xilas et, Ya Rəbb, dadıma tez çat!
- Canımın qəsdinə duranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
- «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb-qalsınlar.
- Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər, Verdiyin xilası sevənlər Daim «Qoy ucalsın Allah!» desinlər.
- Budur, bir məzlum, bir fəqirəm, Ey Allah, Sən Özünü tez yetir. Köməyim, xilaskarım Sənsən, Ya Rəbb, ləngimə!
|
|