Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
67
68
69
70
71
72
73
74
75
76
77
78
. . .
150
qeri
▼
-1
[font8]
+1
▲
ZƏBUR 73 [Azerbaycan]
Doğrudan da, İsrail üçün, Ürəyitəmiz olanlar üçün Allah xeyirxahdır.
Amma mənim ayaqlarım az qala büdrəmişdi, Addımlarım məni yıxmışdı.
Pislərin firavanlığını görərkən Bu məğrurlara həsəd aparırdım.
Ölənədək onların ağrıları yoxdur, Vücudları ətə-cana gəlib.
Onlar başqaları kimi dərdə düşməzlər, Əzab çəkməzlər.
Çünki təkəbbür onlar üçün boyunbağı kimidir, Zorakılıq libas kimi əyinlərini örtür.
Köklükdən gözləri dombalıb çıxır, Qəlblərinin pis məqsədləri aşıb-daşır.
Pis niyyətli sözləri ilə insanlara istehza edirlər, Onlara yuxarıdan baxıb hədə-qorxu gəlirlər.
Ağızlarını göylərin əleyhinə açırlar, Dillərinin sözləri dünyanı gəzib-dolaşır.
Ona görə bütün xalq onların tərəfinə keçir, Sözlərini axıradək su kimi içir.
Deyirlər ki, Allah necə xəbər tutacaq? Haqq-Taala bundan necə xəbərdar olacaq?
Belədir pis adamlar, Daim arxayındırlar, var-dövlət artırırlar.
Məgər mən boş yerə qəlbimi təmizləmişdim, Günahsızlıq içində əllərimi yumuşdum?
Həmişə əziyyətə düşürəm, Hər səhər töhmətə rast gəlirəm.
Əgər «qoy mən də belə danışım» deyə düşünsəydim, Sənin övladlarına xəyanət edərdim.
Bunu anlamaq üçün düşünəndə Çətin bir iş kimi gözümə durdu.
Yalnız Allahın Müqəddəs məkanına girərkən Onların aqibətini dərk etdim.
Doğrudan da, onları sürüşkən yerə qoymusan, Onları məhvə yuvarlayırsan.
Onlar bir anda yox olacaqlar, Dəhşət içində itib-batacaqlar.
Yuxudan ayılanda röyalar unudular, Ey Xudavənd, Sənin oyanışınla bu adamlar boş sayılacaq.
O vaxt könlüm zəhərlənmişdi, Qəlbim dəlik-deşik olmuşdu.
Necə axmaq idim, dərrakəm yox idi, Qarşında sanki bir heyvan idim.
Amma daim Səninlə olmuşam, Mənim sağ əlimdən tutmusan.
Nəsihətinlə mənə yol göstərirsən, Sonra məni şərəfə çatdıracaqsan.
Göylərdə Səndən başqa kimim var? Yer üzündə də Səndən başqa heç nə istəmirəm.
Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
Budur, Səndən uzaq düşənlər məhv olurlar, Sənə xəyanət edənləri yox edirsən.
Mənim üçün Allaha yaxınlaşmaq yaxşıdır, Xudavənd Rəbbə pənah gətirmişəm, Ona görə bütün işlərini hamıya çatdıracağam!
irəli
1
. . .
67
68
69
70
71
72
73
74
75
76
77
78
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.