Ana Səhifə
|
Yarıdım
Azerbaycan
Russian
NIV
KJV
NASB
dəyişdirmə
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
Başqa kitablar
Azerbaycan
|
Russian
|
NIV
|
KJV
|
NASB
irəli
1
. . .
68
69
70
71
72
73
74
75
76
77
78
79
. . .
150
qeri
▼
-1
[font9]
+1
▲
ZƏBUR 74 [Azerbaycan]
Ey Allah, niyə bizi əbədilik tərk etmisən? Otlağının sürüsünə niyə qəzəbin alovlanıb?
Yada sal keçmişdə satın aldığın icmanı, Özünə xalq etmək üçün azad etdiyin tayfanı, Həm də məskənin olan Sion dağını.
Əbədi viranələrə doğru get, Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb.
Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər, Bu yerə zəfər bayraqlarını keçirtdilər.
Sıx meşəni budamaq üçün Balta qaldıran adamlara bənzəyirlər.
Müqəddəs yerin bütün oyma işlərini Baltalar və çəkiclərlə qırıb tökdülər.
Sənin Müqəddəs məkanına od vurdular, Adının sakin olduğu yeri uçurub murdarladılar.
«Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək Ölkədəki bütün səcdəgahları yandırdılar.
Heç bir rəmzimiz görünmür, Daha peyğəmbərimiz yoxdur. Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.
Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək? Yağı əbədilikmi Sənə küfr edəcək?
Axı nə üçün əlini geri çəkirsən? Çıxart qoynundan sağ əlini, onları məhv et.
Ey Allah, əzəldən Padşahımsan, Yer üzünə qurtuluşlar verirsən.
Sən dənizi Öz qüdrətinlə böldün, Dəniz əjdahalarının başlarını əzdin.
Sən Livyatanın başlarını əzdin, Onu çöl heyvanlarına yem etdin.
Sən bulaqlar açıb sellər axıtdın, Həmişəaxar çayları isə qurutdun.
Gündüz də Sənindir, gecə də Sənin, Ayı və günəşi Sən yaratmısan.
Sən quru yerin bütün sərhədlərini qoydun, Həm yayı, həm qışı yaratdın.
Ya Rəbb, unutma, düşmən Səni söyür, Sənin adına axmaq bir xalq küfr edir.
Öz qumrunun canını yırtıcılara vermə, Məzlumlarının həyatını əsla unutma.
Özün bizimlə bağladığın əhdə bax! Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.
Qoyma əzabkeş yenə də rüsvay olsun, Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun.
Qalx, ey Allah, mübarizəni apar, Unutma ki, axmaqlar həmişə Səni söyür.
Düşmənlərinin səsini, Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma.
irəli
1
. . .
68
69
70
71
72
73
74
75
76
77
78
79
. . .
150
qeri
Azerbaycan
Russian
NIV
KJV
NASB
YARADILIŞ
ÇIXIŞ
LEVİLİLƏR
SAYLAR
QANUNUN TƏKRARI
YEŞUA
HAKİMLƏR
RUT
BİRİNCİ ŞAMUEL
İKİNCİ ŞAMUEL
BİRİNCİ PADŞAHLAR
İKİNCİ PADŞAHLAR
BİRİNCİ SALNAMƏLƏR
İKİNCİ SALNAMƏLƏR
EZRA
NEHEMYA
ESTER
ƏYYUB
ZƏBUR
SÜLEYMANIN MƏSƏLLƏRİ
VAİZ
NƏĞMƏLƏR NƏĞMƏSİ
YEŞAYA
YEREMYA
MƏRSİYƏLƏR
YEZEKEL
DANİEL
HUŞƏ
YOEL
AMOS
AVDİYA
YUNUS
MİKEYA
NAHUM
HABAQQUQ
SEFANYA
HAQQAY
ZƏKƏRİYYƏ
MALAKİ
MATTANIN
MARKIN
LUKANIN
YƏHYANIN
HƏVARİLƏRİN İŞLƏRİ
ROMALILARA MƏKTUBU
KORİNFLİLƏRƏ BİRİNCİ MƏKTUBU
KORİNFLİLƏRƏ İKİNCİ MƏKTUBU
QALATİYALILARA MƏKTUBU
EFESLİLƏRƏ MƏKTUBU
FİLİPİLİLƏRƏ MƏKTUBU
KOLOSSELİLƏRƏ MƏKTUBU
SALONİKLİLƏRƏ BİRİNCİ MƏKTUBU
SALONİKLİLƏRƏ İKİNCİ MƏKTUBU
TİMOTEYƏ BİRİNCİ MƏKTUBU
TİMOTEYƏ İKİNCİ MƏKTUBU
TİTƏ MƏKTUBU
FİLİMONA MƏKTUBU
İBRANİLƏRƏ MƏKTUB
YAQUBUN MƏKTUBU
PETERİN BİRİNCİ MƏKTUBU
PETERİN İKİNCİ MƏKTUBU
YƏHYANIN BİRİNCİ MƏKTUBU
YƏHYANIN İKİNCİ MƏKTUBU
YƏHYANIN ÜÇÜNCÜ MƏKTUBU
YƏHUDANIN MƏKTUBU
VƏHY
Fəsil Kitablar
Yox
Azerbaycan
Russian
NIV
KJV
NASB
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.