Ana Səhifə | Yarıdım
dəyişdirmə  Azerbaycan | Russian | NIV | KJV | NASB
Başqa kitablar  Azerbaycan | Russian | NIV | KJV | NASB
   
  irəli  1  . . . 69  70  71  72  73  74  75  76  77  78  79  80  . . . 150   qeri  
  -1   [font10]   +1  
ZƏBUR 75 [Azerbaycan]   
 
  1. Ey Allah, biz Sənə şükür edirik, Bizə doğma olan isminə şükür olsun, Xariqələrin bunu bəyan edir!
  2. Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm.
  3. Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. Sela
  4. Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin,
  5. Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”».
 
 
  1. İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.
  2. Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir.
  3. Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.
  4. Mənsə daim bunu elan edəcəyəm, Yaqubun Allahına tərənnüm oxuyacağam.
  5. Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq.
 
 
 
   
  irəli  1  . . . 69  70  71  72  73  74  75  76  77  78  79  80  . . . 150   qeri  

Fəsil   Kitablar
[Yh 3: 16] Çünki Allah dünyanı o qədər sevdi ki, vahid Oğlunu ona verdi; bunu etdi ki, Ona iman edən hər kəs həlak olmasın, əbədi həyata malik olsun.