- Ey Allah, sular Səni gördü, Səni görən sular qorxdu, Hətta ümmanlar lərzəyə gəldi.
- Buludlar yağışa döndü, Göylərdən gurultular eşidildi, Hər tərəfə oxların töküldü.
- Qasırğanın içindən ildırım çaxdı, Şimşəklər yer üzünə işıq saçdı, Yer lərzəyə gəlib sarsıldı.
- Sən dənizdə, ümman sularda yol açdın, Amma ayaq izlərin məlum olmadı.
- Sən Musa və Harunun əli ilə Xalqını bir sürü kimi aparmışdın.
|
- (76-17) Видели Тебя, Боже, воды, видели Тебя воды и убоялись, и вострепетали бездны.
- (76-18) Облака изливали воды, тучи издавали гром, и стрелы Твои летали.
- (76-19) Глас грома Твоего в круге небесном; молнии освещали вселенную; земля содрогалась и тряслась.
- (76-20) Путь Твой в море, и стезя Твоя в водах великих, и следы Твои неведомы.
- (76-21) Как стадо, вел Ты народ Твой рукою Моисея и Аарона.
|