|
- Ey Allah, millətlər Sənin mülkünə giriblər, Müqəddəs məbədini murdar ediblər, Yerusəlimi viranəliyə çeviriblər.
- Qullarının cəsədini göydəki quşlara yem ediblər, Möminlərinin ətini yerdəki heyvanlara veriblər.
- Yerusəlimin hər tərəfində onların qanı axıdılıb, Onları dəfn edən yoxdur.
- Qonşularımızın tənə hədəfinə döndük, Ətrafdakılarımız tərəfindən ələ salınıb lağ edildik.
- Ya Rəbb, nə vaxtacan, Yoxsa əbədilikmi bu qəzəbindən dönməyəcəksən, Qısqanclıqdan od tutub yanacaqsan?
|
|