| |
- Ey İsrailin Çobanı, Yusif nəslinə sürü kimi Baxan, qulaq as! Ey keruvlar üstündə Oturan, nurunu saç!
- Efrayim, Binyamin, Menaşşe qəbilələrinin önündə Qoy qüvvətin oyansın, gəl, bizi qurtar!
- Ey Allah, bizi əvvəlki halımıza qaytar, Üzündən nur saçıb bizi qurtar!
- Ya Rəbb, ey Ordular Allahı, nə vaxtacan Xalqının duasından qəzəblənəcəksən?
- Onlara çörək yerinə göz yaşı yedirdin, Onlara bolluca göz yaşı içirdin.
|
|