|
- Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir,
- Yaqubun bütün məskənlərindən çox Sionun darvazaları Ona əzizdir.
- Ey Allahın şəhəri, Haqqında bu şanlı sözləri deyirlər: Sela
- «Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə Deyiləcək: “Bunlar da bu yerdə doğulub”.
- Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”.
|
|